Tanınmış prodüser yubileyinə 2 gün qalmış vəfat etdi


Digərləri 25 Sen 2019 17:51:00 261 0

Tanınmış prodüser yubileyinə 2 gün qalmış vəfat etdi

"Simpsonlar" və "Rik və Morti" seriallarının prodüserlərindən biri Coel Maykl Mendel 54 yaşında dünyasını dəyişib. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Adult Swim" teleşəbəkəsinin nümayəndəsi xəbər verib.

Mendel 55 yaşına iki gün qalmış Los-Ancelesdə həyatdan köçüb. Onun ölüm səbəbi açıqlanmır.

"Rik və Morti"nin həmmüəllifi Castin Roynald Mendelin vəfatını şərh edib.

"Sənsiz nə edəcəyimi bilmirəm, Mayk. Mən məhv olmuşam", - o, Tvitter hesabında yazıb.

(adsgarden = window.adsgarden || []).push({});