"Mən yoldaşımın qeyrətinə inanıram"


Şou-biznes 25 Sen 2019 16:31:00 234 0

"Mən yoldaşımın qeyrətinə inanıram"

Əməkdar artist Vasif Məhərrəmlinin "Hər şey daxil"də etdiyi "Kişinin qadınını göstərməyinə ciddi yanaşmıram. Bu, xarakterə bağlı bir şeydir" açıqlaması növbəti qalmaqalın əsasın qoyub.

Son zamanlar ailəsi ilə efirlərdə tez-tez görünən Tacir Şahmalıoğlu həmkarının bu açıqlamasına sərt reaksiya verib.

Son.az-a danışan Tacir həyat yoldaşı ilə efirə çıxmağının səbəbini belə izah edib:

"Mənim yoldaşım mənsiz efirə çıxmır ki, mənim yanımda çıxır da. Mən onun arxası, dayağıyam. Bizim ailədə etibar, inam var. Mən yoldaşıma inanıram, onun qeyrətinə inanıram. Mən ona inanıramsa, o, efirə çıxdı-çıxmadı, bunun nə dəxli var ki?! Əsas odur ki, ailədə möhkəmliyi qoruyasan. Efirə çıxmaqla, arvadı göstərməklə... O nə deməkdir ki? Çəkiliş üçün ailəmə də gəlirlər, bir dəfə də Zaurun veriişinə gedib çıxmışıq. Çəkilişdir də, orada nə var ki?! Belə, həmişə mənim evimə gəliblər çəkilişə. Mən heç vaxt çəkinməmişəm. Heç vaxt da mən ona pis baxmıram. Mənlə bərabər mənim yoldaşım niyə çəkilməsin ki? Mənim uşağımın anasıdır. Mənim uşağıma sual verirlər. Mənim verdiyim cavab xanımımın cavabı ola bilməz, nədə ki, xanımımın verdiyi cavab mənim cavabım ola bilməz. O, bir ana kimi cavab verir, mən də bir ata kimi cavab verirəm. Amma götürəndə, istəyirəm ki, xalq görsün ki, biz xoşbəxt bir ailəyik. Biz bir-birimizə inanan, aramızda pərdə, bir-birimizə sonsuz sevgimiz. Bunu xalq görəndə nə olur ki, güya?

O Vasif Məhərrəmlinin öz fikridir. Onun şəxsi fikrinə mən qarışa bilmərəm. Amma mən əməlimlə göstərirəm ki, mən elə edirəm. Buna da cavabdehəm. Bundan ötrü də mənə heç vaxt minus "koment" yazılmayıb. Əksinə həmişə yazırlar ki, "Siz kişisiniz", "Belə Azərbaycan kişisi ilə biz fəxr edirik". Əgər mənim yoldaşımla ora çıxmağım bir minusdursa, indi mənə yazılan tənqidi şərhlərin ardı-arası yox idi. Amma hələ xalqdan bununla bağlı bir mənfi şərh görməmişəm. Yazanlar da hamısı deyir ki, "Nə gözəlsiniz, nə qədər yaraşırsınız bir-birinizə", "Allah sizi xoşbəxt eləsin". Hansı telekanal çəkiliş üçün evimə gələndə onları canla-başla qəbul edirəm. Evimdə səmimi söhbət gedəndə yoldaşım da qatılır, qızım da qatılır, oğlum da qatılır. Mən ailəmə bağlı adamam. Mənim ailəm bütövdür. Biz yumruq kimi bir ailəyik. Əgər bir barmaq orada açılarsa, onu kəsib ataram. 

(adsgarden = window.adsgarden || []).push({});