Nazirlik rəsmisi: Sudan istifadədə fərqli tariflərin tətbiqi vacibdir


Digərləri 25 Sen 2019 15:54:00 230 0

Nazirlik rəsmisi: Sudan istifadədə fərqli tariflərin tətbiqi vacibdir

Azərbaycan su ilə nisbətən az təchiz olunmuş ölkələrdəndir.

Bakı. Samir Əli - Azərbaycan su ilə nisbətən az təchiz olunmuş ölkələrdəndir. Bizim su ehtiyatlarımız regiondakı su ehtiyatının 15 faizini təşkil edir. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. R.Səttarzadənin sözlərinə görə, digər tərəfdən, iqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır və bu tendensiya davam edəcək: "Ölkə əhalisinin sayının artması, həyat standartlarının yüksəlməsi və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan təlabat getdikcə artır. Ölkədə il ərzində su mənbələrindən təxminən 12 milyard kubmetr su götürülür ki, bunun da böyük bir hissəsi nəql zamanı itir. Əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir". Şöbə müdiri bildirib ki, beynəlxalq praktikada suyun mənbədən bölüşdürülməsi, istifadəsi, təmizlənməsi, təkrar istifadəsi və ətraf mühitə qaytarılması kimi bütöv su dövriyyəsini özündə əks etdirən qabaqcıl yanaşmalar mövcuddur: "Gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməlidir.