Bu milyonluq bağ evi Manafın deyil?


Şou-biznes 25 Sen 2019 15:24:00 242 0

Bu milyonluq bağ evi Manafın deyil?

"Deyirlər, bağ evi sizin deyil, dostunuzun bağ evidir". 

Son.az xəbər verir ki, bu sualla Zaur Kamal "5/5"də evindən birbaşa canlı bağlantı etdiyi Manaf Ağayevə nüraciət edib.

Berlin səfərindən Bakıya yeni qayıdan sənətçi bu məlumatı təkzib edib:

"Burada "kupça" var da. Niyə, biz nə gündə kişiyik ki, kiminsə bağında qalırıq! Nə məcburdur ki? Yoxdur, yoxdur da. Dünənə kimi olmamışdı, ölürdük ki? 25 ildən çoxdur... 

Zaur, sən bilirsən ki, mən yataqxanada da qalanda göstərmişəm ki, mən burada qalmışam. Bağ indi nə böyük şeydir ki? Mənim üçün çox azdır o. Hələ ondan böyükləri olmalıdır. 35 ildir can qoyuruq, bir bağımız var da, nəyimiz var. Restoranımız yox, şadlıq evimiz yox. Nə gündəyik ki, kiminsə bağında gedək qalaq? Var qalırıq, yoxdur da bağı olmayanlar ölür ki, mən də ölürəm?!" 

(adsgarden = window.adsgarden || []).push({});