Bakıda mağazadan oğurluq etdi, digər əməllərinin də üstü açıldı


Digərləri 25 Sen 2019 15:06:14 216 0

Bakıda mağazadan oğurluq etdi, digər əməllərinin də üstü açıldı

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib

Bakı. Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Məlumatda qeyd edilir ki, oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 mağazadan 60 manat və tütün məmulatı oğurlaması, habelə 6 mağazadan oğurluq etməsi də müəyyən edilib.