Samirin qardaşının yalanı ortaya çıxdı: “Evi satıb o ailəni məhv etdi” VİDEO FOTO


Digərləri 25 Sen 2019 13:51:00 289 0

Samirin qardaşının yalanı ortaya çıxdı: “Evi satıb o ailəni məhv etdi”  VİDEO  FOTO

ARB TV-nin "Elgizlə İzlə" verilişində maraqlı anlar yaşanıb. Son.az bildirir ki, müğənni Samir Cavadzadənin keçmiş qonşusu studiyaya zəng edərək ifaçının qardaşı Ramin haqqında həqiqətləri açıqlayıb: "Sözüm o ailəni yox edən Raminədir. Onların evlərini satdırıb, getdi Rusiyaya. Ailəsinə dedi ki, barmaqlarını kəsiblər. Samir anası ilə birgə Rusiyanın küçələrinə düşüb Ramini axtardılar. Gedib gördülər ki, Raminin ətrafında pis insanlar var, onun gözünü çıxarıblar. Raminə, 40-a yaxın yaşı olan adama ana baxmalıdır? Utanmırsan? Özünü qınasın. Belə həyata düşməyəydi. Hansı evdən danışır? Onların evi var? Anası bacısıgildə qalır. Samir də kirayədə yaşayır. Deyir, Samirə köməkliklər edib? Hansı köməklikdən danışır. Sənə edilib, sən heç nə etməmisən. Onlar məhlənin ən gözəl ailəsidir. O ailəni sən yox etdin. Diri ikən ölü ailə etdin. Özü-özünü o günə salıb".

Tanınmış müğəninin zibillikdə yaşayan qardaşı DANIŞDI: “Atam öldükdən sonra məni qovdular” - VİDEO - FOTO Qeyd edək ki, verilişin ötən buraxılışında "Elgizlə İzlə"yə müraciət edən ifaçı Samir Cavadzadənin qardaşı Ramin Cavadzadə səfil həyat sürdüyünü, xəstə olduğunu və köməyə ehtiyacı olduğunu bildirib.

(adsgarden = window.adsgarden || []).push({});