Tehranİstanbul qatarı istismara veriləcək


Dünya 25 Sen 2019 11:35:00 302 0

Tehranİstanbul qatarı istismara veriləcək

Bu ilin sonuna kimi Tehran-İstanbul qatarı istismara veriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhram Adəmnejad deyib.

Ş.Adəmnejadın sözlərinə görə, bununla əlaqədar razılaşmalar əldə olunub.

Ş.Adəmnejad əlavə edib ki, Tehran-İstanbul qatarının istismara verilməsi üçün infrastruktur işlərə ehtiyac yoxdur və sadəcə bununla əlaqədar iqtisadi münasibətlər tənzimlənməlidir.

İran və Türkiyənin dəmiryol şəbəkəsinin qoşulmasına münasibət bildirən nazir müavini deyib ki, bu istiqamətdə işlər aparılır: "Son müzakirələrdə Türkiyə tərəfi 10 kilometrdən az məsafədə dəmiryolunun çəkilməsini təklif edib ki, bununla da İran və Türkiyənin dəmiryolu birləşdirilə bilər".

Ş,Adəmnejad deyib ki, İranın Qərbi Azərbaycan vilayətinin şimalı və Türkiyənin Gürbulağı arasında dəmiryolunun birləşməsi üçün xəritədə məkan da artıq müəyyənləşib. Bununla əlaqədar tədqiqat işləri aparılacaq və 2 ay ərzində bu araşdırmalar yekunlaşaraq nəticəsi bəlli olacaq.