Bakıda avtomobil səkiyə çırpıldı VİDEO FOTO


Digərləri 25 Sen 2019 10:31:00 233 0

Bakıda avtomobil səkiyə çırpıldı  VİDEO  FOTO

Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Tbilisi prospektində baş verib.

Belə ki, Şəki şəhər sakini Rafiq İsayev "Daewoo" markalı avtomobili ilə  prospektdə hərəkətdə olan zaman qəfil idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil əvvəlcə səkiyə, daha sonra körpüyə çırpılıb. Nəticədə R.İsayev xəsarət alıb.

Avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

(adsgarden = window.adsgarden || []).push({});