Tramp: ABŞ və Hindistan arasında tezliklə ticarət müqaviləsi imzalanacaq


Digərləri 24 Sen 2019 23:50:21 356 0

Tramp: ABŞ və Hindistan arasında tezliklə ticarət müqaviləsi imzalanacaq

ABŞ prezidenti Donald Tramp, çərşənbə axşamı günü ABŞ və Hindistan arasında bir növ ticarət müqaviləsi bağlayacağını söyləyib

Bakı. ABŞ prezidenti Donald Tramp, çərşənbə axşamı günü ABŞ və Hindistan arasında bir növ ticarət müqaviləsi bağlayacağını söyləyib. Trend-in məlumatına görə, Tramp jurnalistlərə açıqlamasında Hindistanın Baş naziri Narendra Modi ilə görüşərkən illik Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində bunları söyləyib: "Düşünürəm ki, çox keçmədən ticarət müqaviləsi bağlayacağıq. Bir az daha böyük razılaşma əldə edəcəyik, ancaq çox qısa müddətdə ticarət razılaşması əldə edəcəyik."