Öz özünü yığan kubikrubik


Digərləri 24 Sen 2019 22:50:00 246 0

Öz özünü yığan kubikrubik

Heç bir təmas olmadan, yalnız hərəkət edərək öz özünü yığa bilən yeni kubik-rubik hazırlandı.

Əvvəllər kubik-rubik həll etmək üçün bir çox maşın yaradıldı. Hətta insanların, kubik-rubiki həll etmə yarışmalarında ən sürətli olmaq üçün yarışdığı günləri xatırlayırsınız. Bir YouTube blogeri, kubik-rubikin içərisinə, müxtəlif kabellərlə meydana gətirdiyi hərəkət mexanizmini yerləşdirdi. Yeni kubik-rubik insanların həll etdiyi qədər sürətli olmasa da hərəkət edərək öz özünü yığa bilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, içərisindəki mexanizm, kubik-rubikdə rənglər qarışdırılarkən reallaşdırılan bütün hərəkətləri yazır. Sistem, daha sonra bu hərəkətləri əksinə tətbiq edərək əvvəlki halına qayıdır.

Keçən il mart ayında, Massaçusets Texnologiya İnstitutunun (MIT) tələbəsi Man Katz və proqram yaradıcısı Cared De Karlo, kubik-rubiki cəmi 0,37 saniyədə həll edə bilən bir maşın hazırlamışdı. Kubik-rubiki ən sürətli həll edə bilən insan rekordu isə, 3,47 saniyə ilə çinli Du Yuşenqə aiddir.

(adsgarden = window.adsgarden || []).push({});