Adil İsmayılovla bağlı qərar ləğv edildi


Digərləri 24 Sen 2019 22:24:00 240 0

Adil İsmayılovla bağlı qərar ləğv edildi

Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə təxirə salınması qərarı ləğv edilıb.

Son.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Adil İsmayılov Feysbuk hesabında yazıb.

"Bu gün Vəkillər Kollegiyasının rəyasət heyəti mənim vəkillik fəaliyyətimin bir il müddətinə dayandırılması barədə 9 sentyabr 2019-cu il tarixli qərarını ləğv etdi", - deyə A.İsmayılov qeyd edib.

Eyni zamanda haqqın.az-a Vəkillər Kollegiyasından Adil İsmayılova qarşı intizamın icraatının tərəflərin barışması səbəbindən dayandırıldığı bildirilib.

Vəkil Sahil Quliyev Adil İsmayılova qarşı etdiyi şikayəti geri götürüb. Vəkillər görüşüb barışıblar, sonar isə intizamın icraatı dayandırılıb.

"Vəkil Sahil Quliyev Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edərək Adil İsmayılova qarşı şikayətini geri götürmək istədiyini bildirib. Biz bundan çox məmnun olduq, çünki qanun ailəsində sülh və dostluqda maraqlıyıq. Bütün vəkillərin bərabər hüquqları var və heç bir fikir ayrılığı yaratmırıq. Adil İsmayılovla və ya başqa bir vəkillə heç bir problemimiz yoxdur. Tərəflərin barışması nəzərə alınaraq, intizamın icraatı dayandırılıb", - haqqın.az Vəkillər Kollegiyasının məlumatına istinadən verir.