İsveçin Nəqliyyat agentliyi Trump qeydiyyat nişanını "təhqiramiz" sayır


Digərləri 24 Sen 2019 22:01:00 269 0

İsveçin Nəqliyyat agentliyi Trump qeydiyyat nişanını "təhqiramiz" sayır

Markus Saaf adlı isveç vətəndaşı onlayn ərizə ilə müraciət edərək, öz avtomobili üçün TRUMP qeydiyyat nişanını sifariş etmək istəyib. Lakin, İsveçin Nəqliyyat agentliyi göstərilən hərf birləşməsini "təhqiramiz" hesab edərək, sifarişə rədd cavabı verib. Bu barədə İsveçin The Aftanbladet nəşrinə istinadən The Guardian xəbər verib.

Nəqliyyat agentliyi imtinanın səbəbini avtomobil departamentinin qaydalarının pozulması ilə əsaslandırıb. İsveçin Nəqliyyat agentliyi siyasətə aid olan hərf kombinasiyasını alqışlamadığını bildirib. The Aftonbladet nəşrinə müsahibə Markus Saaf, sifarişi verən zaman sərxoş olduğunu və bu etməyin gülməli olacağını düşündüyünü bildirib. O, ABŞ prezidentinin familiyasının seçiminin, avtomobilinin amerikan istehsalı olduğu ilə izah edib.

Markus qeydiyyat nişanını ala bilmədiyi üçün məyus olmadığını və belə bir nömrənin "həqiqətən təxribat xarakterli ola biləcəyini" söyləyib.

(adsgarden = window.adsgarden || []).push({});