Mədədə xora, eroziya xərçəngə necə çevrilir? –


Digərləri 24 Sen 2019 22:05:00 278 0

Mədədə xora, eroziya xərçəngə necə çevrilir? –

Əgər mədədə xora, eroziya, yara varsa, o vaxtında aşkar olunub müalicə edilməsə, həyati təhlükəli vəziyyətə-yəni mədə xərçənginə kimi gətirib çıxara bilir. Bunu illərdir həkimlər pasiyentlərə bildirir.

Sürətlə dərinləşən xoranın ən ağır mərhələsi perforasiyadır. Bu zaman mədə divarı xaricə deşilir və orda olan şirə, möhtəviyyat, qida qalıqları boşluğa tökülür. Dəhşətli ağrı başlayır, xəstə dözülməz ağrılarla xəstəxanaya çatdırılır.

Perforasiya qəfil baş verir, əgər bi dəfə oldusa, deməli təkrarlanacaq və qanayacaq.

Son.az medicina.az-a istinadən mədə perforasiyanın əlamətlərini təqdim edir.

-Daha çox acı, konserv, quru yeməklər, fast-food yedikdə olur -qəflətən göbəyi də əhatə etməklə qarının yuxarısından kəskin ağrı xəstəni ikiqat edir -qarın əzələləri çox gərginləşir, lövhəyəbənzər qarın yaranır -Ağrılar ciddi təcili həkim yardımı və xüsusi iynələr olmasa dayanmır -Vaxtında kömək etmədikdə xəstə irinli peritonitdən ölə bilər

Gənc insanlarda da çox rast gəlinir. Ağrı kəsən kimi və bir qədər müalicədən sonra xəstə yaxşılaşdığını güman edib müalicəni sona kimi çatdırmır və unudur. Ona görə xəstəlik xronikləşir və bu xoralar sonradan asanlıqla mədə xərçənginə keçid edir.

Mədə xorası qanaxması

Mədə və 12 barmaq bağırsaq xoralarında zədələnmiş orqanda daxili qanama başlayır. Xora divarın yarasıdır. Müalicə olunmadıqca və zərərli qidanın təsiri ilə o dərinləşir, divarı yeyir və ordakı damarlara çatıb onları deşir. Mədədə damar çoxdur, ümumiyyətlə mədə qan dövran edən orqandır. Ona görə burda qanama riski çoxdur və asandır.

Mədə qanaması xoralı mədəsi olan insanın səhərlər acqarına dalbadam siqaret çəkməsi, kofe içməsi, eləcə də mədəni uzun müddət boş saxlaması, işdə əsəbləşməsi səbəbindən ani başlaya bilər.

(adsgarden = window.adsgarden || []).push({});