Ermənistanda hərbi vəziyyət elan olundu Qoşunlar tam hərbi hazırlıq vəziyyətinə gəldi


Dünya 24 Sen 2019 19:34:00 252 0

Ermənistanda hərbi vəziyyət elan olundu  Qoşunlar tam hərbi hazırlıq vəziyyətinə gəldi

Ermənistanda genişmiqyaslı təlimlər çərçivəsində şərti hərbi vəziyyət elan olunub.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının inzibati aparatının informasiya şöbəsinin rəisi Samvel Asatryan bildirib.

Asatryan qeyd edib ki, sentyabrın 24-ü səhər saat 6-da hökumətdən şərti hərbi rejimin tətbiq olunması ilə bağlı qərar daxil olub.

Nəticədə Ermənistan Silahlı Qüvvələrinin bütün idarələri və qoşunların tam hərbi hazırlıq vəziyyətinə gətirilib.