Ermənistan Polisinin sabiq rəisi intihar etdi


Dünya 24 Sen 2019 19:14:00 279 0

Ermənistan Polisinin sabiq rəisi intihar etdi

Ermənistan Polisinin sabiq rəisi Hayk Arutyunyanın yaşadığı evdə meyiti tapılıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, onun baş nahiyyəsində odlu silahdan açılan atəş yarası aşkar edilib.

İlkin məlumata görə, Arutyunyan öz iqamətgahında intihar edib.

Qeyd edək ki, Arutyunyanın adı 2008-ci il martın 1-2-də Yerevanda baş verən hadisə üzrə başlayan cinayət işində şahid qismində keçir.

Xatırladaq ki, sentyabrın 17-i Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdə saxlanılmasına dair qərar qəbul edib.

"Məhkəmə Koçaryanın vəkillərinin qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətini rədd etmək qərarına gəlib", - hakim Anna Danibekyan məhkəmə zamanı deyib.

Qeyd edək ki, 2008-ci ilin fevralında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası Serj Sarqsyanın 52,8 faiz səslə qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan isə seçkidə saxtakarlığın olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-si ölkədə genişmiqyaslı aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.