Rusiyadan Azərbaycana gələn avtomobildən 7 min güllə tapıldı


Digərləri 24 Sen 2019 19:27:04 235 0

Rusiyadan Azərbaycana gələn avtomobildən 7 min güllə tapıldı

"Mersedes-Benz Viano" markalı avtomobilə gömrük baxışı keçirilib.

Bakı. Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes-Benz Viano" markalı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerinin sol tərəfindəki örtüyün altında və ön sağ oturacağın altında olan boşluqlarda 14 ədəd metal qabda üzərində "Exact Jumbo Heavy Diabolo" yazısı olan 7000 ədəd yarımkürə formasında tir tüfənginin gülləsi aşkar olunub. Faktla bağlı araşdırma aparılır.