Ürəyi bədənin xaricində olan uşaq doğulub


Dünya 24 Sen 2019 18:59:00 270 0

Ürəyi bədənin xaricində olan uşaq doğulub

Hindistanın şimalındakı Haryana əyalətində uşaq nadir xəstəlik - ürək ektopiyası ilə dünyaya gəlib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, xəstəxanada çəkilən görüntülərdən aydın olur ki, çarpayıda yatan körpənin ürəyi sinəsində vurur. Körpənin bədəninə çox sayda kateter və borular quraşdırılıb. Həkimlərin dediyinə görə, uşaq ağır vəziyyətdə reanimasiyadadır.

Ürək ektopiyası ürəyin sinə xaricində inkişaf etdiyi anadangəlmə, nadir xəstəlikdir. Ondan əziyyət çəkən uşaqların əksəriyyəti həyatının ilk ilində ölür. Bu qüsurla ən uzun ömür yaşamaq amerikalı Kristofer Uolla (Christopher Wall) nəsib olub. Belə ki, o, bir neçə əməliyyat keçirərək 34 il yaşaya bilib.

(adsgarden = window.adsgarden || []).push({});