Çinin regionuna 30 min butulka Azərbaycan şərabı tədarük olunub


Digərləri 24 Sen 2019 17:49:00 311 0

Çinin regionuna 30 min butulka Azərbaycan şərabı tədarük olunub

"Azərbaycan və Çinin Sintszyan-Uyğur muxtar rayonu "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində iqtisadi əməkdaşlıqda mühüm uğurlara imza atıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Xinjiang Yema Group" şirkətinin xarici ticarət departamentinin baş direktor müavini Van Vey deyib.

O bildirib ki, Bakıdan Urumçiyə birbaşa reyslərlə müntəzəm olaraq Azərbaycanın qırmızı şərabları çatdırılır. Ötən ilin sentyabrında şirkət 30 min butulka qırmızı şərab idxal edib.

V.Vey bildirib ki, çinli turistlərin əksəriyyətinin Azərbaycan şərablarının dadı xoşuna gəlir, ona görə də onlar bu şərabları öz yaxınlarına göndərmək üçün poçtla sifariş edirlər.