Qusarda heyvan oğruları ələ keçdi


Digərləri 24 Sen 2019 14:18:00 275 0

Qusarda heyvan oğruları ələ keçdi

İribuynuzlu heyvanlar oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb.

Bakı. Samir Əli - Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən beş fərdi təsərrüfatdan ümumilikdə on bir xırda və iribuynuzlu heyvanlar oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən beş fərdi təsərrüfatdan ümumilikdə on bir xırda və iri buynuzlu heyvanlar oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb. Araşdırmalarla onların Xaçmaz rayon sakinləri Mətləb Məmmədquliyev və əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Tağıyev olduqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslərin ətrafında aparılan tədbirlər nəticəsində onların törətdikləri başqa oğurluq hadisələrinin də üstü açılıb. Belə ki, M.Məmmədquliyev və Z.Tağıyev Quba rayonu ərazisində də analoji cinayət hadisəsi törədərək, iki fərdi təsərrüfatdan xırda buynuzlu heyvanlar oğurlayıblar. Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhəri ərazisində satdıqlarını bildiriblər.