Doğulmamış uşaq anasını ölümdən xilas etdi


Dünya 24 Sen 2019 13:03:00 233 0

Doğulmamış uşaq anasını ölümdən xilas etdi

İngiltərənin Qərbi Yorkşir qraflığının Haddersfild şəhərinin sakinində hamiləliyin erkən dövründə ultrasəs müayinəsi nəticəsində sidik kisəsi xərçəngi aşkar edilib.

Mİlli.Az oxu.az-a istinadən xəbər verir ki, onun hekayəsi "Daily Mirror" qəzeti tərəfindən nəşr olunub.

2018-ci ilin fevral ayında 29 yaşlı Keti Bennett nişanlısı Tom Bennettlə bal ayına getməyi planlaşdırdığı vaxtda hamilə olduğunu öyrənib. Qanaxmaya görə qadın müayinəyə gedib:

"Sistoskopiya (sidik kisəsinin endoskopla müayinəsi) zamanı sidik kisəmdə xərçəng şişi aşkar edilib. Hamiləliyin üçüncü ayında (12-ci həftə) uğurlu əməliyyat keçirdim".

Doğuşdan iki ay əvvəl Bennett növbəti sistoskopiya keçirib və onda yenidən xərçəng şişi aşkarlanıb. Körpə Oskar dünyaya gəldikdən sonra qadın müalicəyə başlayıb.