Pələng ovçunu parçaladı


Dünya 24 Sen 2019 12:17:00 327 0

Pələng ovçunu parçaladı

Rusiyada pələng ovçunu parçalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xabarovsk vilayətində baş verib.

"Amur pələngi" Mərkəzinin baş direktoru Sergey Aramilev hadisəni təsdiq edərək təfərrüatları açıqlayıb.

Onun sözlərinə görə, iki nəfər təsadüfən pələng şikarını yeyən zaman həmin yerə çıxıb. Bu vaxt pələng onlardan birinə hücum edib. Digər şəxs əlinədəki tüfənglə pələngi öldürüb.