Ermənilərin vurduğu


Digərləri 24 Sen 2019 10:52:00 263 0

Ermənilərin vurduğu

İki gün öncə Ermənistan silahlı qüvvələri tərəfindən neytral zonada vurulan əsgər Ramin Abdulrəhmanovun fotosu yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yaxınları onun şəklini paylaşıb və R.Abdurrəhmanovun əslən Quba rayonundan olduğu qeyd edilib.

Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamaya görə, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.