Ruandalı tələbələr Bakı Ali Neft Məktəbində təhsil alacaq (FOTO)


Digərləri 24 Sen 2019 10:46:00 204 0

Ruandalı tələbələr Bakı Ali Neft Məktəbində təhsil alacaq (FOTO)

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Bakıda səfərdə olan Ruandanın Türkiyə Cümhuriyyətindəki səfiri Williams Nkurunziza və Səfirliyin Baş katibi Coel Uvizeye ilə görüşüb.

Bakı. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Bakıda səfərdə olan Ruandanın Türkiyə Cümhuriyyətindəki səfiri Williams Nkurunziza və Səfirliyin Baş katibi Coel Uvizeye ilə görüşüb. Görüşdə Bakı Ali Neft Məktəbi ilə Ruanda Respublikası arasında əməkdaşlıq perspektivləri, tələbə mübadiləsi, birgə layihələrin reallaşdırılması kimi məsələlər müzakirə olunub. Rektor Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurları haqda qonaqlara ətraflı məlumat verib. BANM-in beynəlxalq əlaqələrə üstünlük verdiyini, eyni zamanda beynəlxlaq tədris proqramlarına əsasən tədris apardığını qeyd edən rektor Böyük Britaniyanın Heriot-Vatt, ABŞ-ın Corc Vaşinqton Universiteti, İsveçrənin Cenevrə Biznes Məktəbi ilə sıx əməkdaşlıq edildiyini, tələbə və təcrübə mübadiləsi həyata keçirildiyini qeyd edib. O bildirib ki, bu gün Azərbaycanda elmə, təhsilə, müəllim və tələbələrə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Rektor bu qayğının nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bu il Bakı Ali Neft Məktəbinin yüksək bal toplayan 23 tələbəsinin Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırıb. Elmar Qasımov qeyd edib ki, bununla da, Ali Məktəbin Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb. “Bu gün biz Ali Məktəbimizdə tələbələrə neft-qaz sənayesinin, istehsalatın incəlikləri ilə yanaşı, onlara bu sahədə kommersiya sirlərini da öyrədirik. Ruanda 12.6 milyon əhalisi ilə Afrikanın ən sıx məskunlaşılan dövləti hesab olunur. Ölkə intensiv inkişaf dövrünə qədəm qoyduğu üçün yüksəkixtisaslı kadrların hazırlanmasına ehtiyac duyulur. Hesab edirəm ki, Bakı Ali Neft Məktəbi ilə səmərəli əməkdaşlıq çərçivəsində Ruanda hökuməti ilə birgə təqaüd proqramları əsasında ruandalı mühəndislərin yetişdirilməsinə nail olmaq olar”.