Puerto Riko sahilləri yaxınlığında güclü zəlzələ


Dünya 24 Sen 2019 09:20:00 229 0

Puerto Riko sahilləri yaxınlığında güclü zəlzələ

ABŞ-ın tərkibinə daxil olan Puerto Riko adası sahilləri yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri əhalisi 45 min nəfərdən çox olan İzabela şəhərindən 79 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar, dağıntı və sunami təhlükəsi barədə məlumat verilməyib.