Stripe 35 milyard dollar dəyərinə çatdı


Digərləri 24 Sen 2019 08:35:00 250 0

Stripe 35 milyard dollar dəyərinə çatdı

ABŞ-da fəaliyyət göstərən qlobal ödəniş startap Stripe - kiçik müəssisələrə borc verən korporativ kredit kartı- Stripe Corporate Card və Stripe Capital məhsullarını təqdim etmişdi. Bugün isə 250 milyon dollar investisiya aldığını açıqladı.

Bu investisiya ilə bazar dəyəri 35 milyard dollara çatdı!

Son.az techland.az-a istinadən bildirir ki, San-Fransiskoda yerləşən müəssisə tərəfindən paylaşılan təfərrüata görə, 250 milyon dollarlıq sərmayə General Catalyst, Sequoia və Andreessen Horowitz kimi investorlardan əldə edilib.

Xatırladaq ki, Stripe, Tiger Global Management-in rəhbərliyi ilə keçən ilin yanvar ayında E seriyası investisiya turunda 100 milyon dollar investisiya əldə etmişdi.

Şəxsi şirkət olaraq qalacaq

(adsgarden = window.adsgarden || []).push({});