Elon Maskın yaşadığı 10 uğursuzluq


Digərləri 24 Sen 2019 08:15:00 250 0

Elon Maskın yaşadığı 10 uğursuzluq

“Hər uğursuzluq uğura bir addım daha yaxın olduğunuzu göstərir.”

Elon Maskı bu cümlə qədər təsvir edə biləcək başqa bir cümlə tapa bilmərsiniz bəlkə də. Ticarət sektorunda PayPal, avtomobil sektorunda Tesla, kosmos işlərində SpaceX və alternativ enerjidə SolarCity kimi hər bir öz sahəsində nümunə sayıla biləcək şirkətlər qurmaq və onları idarə etmək Maskın son dövrlərin dahisi kimi adlanmasına gətirib çıxardı. Elon Mask haqqında hər zaman uğurlu işlər eşitmişik. Ancaq hər bir uğurlu iş adamı kimi onun da uğursuzluqları çox olub.

1) Netscape'ə etdiyi iş müraciəti

Son.az techland.az-a istinadən bildirir ki, Mask :"Pensilvaniya Universitetindən məzun olduqdan sonra Netscape şirkətinə işə düzəlmək üçün müraciət etmişdim amma heç bir cavab gəlməmişdi. Netscape'in dəhlizində dayanmışdım və kiməsə yaxınlaşmağa çəkinirdim. Sonra şirkətin binasını tərk etdim..."

2) Zip2 şirkətindən uzaqlaşdırılması

Elon Mask 1996-cı ildə qurduğu ilk şirkətlərindən biri olan Zip2-in CEO-su olmaq istəyirdi ancaq idarə heyəti üzvləri tərəfindən təsdiq edilmədi. Bu azmış kimi şirkətdən də uzaqlaşdırıldı.

3) PayPal haqqındakı mənfi fikirlər

1999-cu ildə qurduğu PayPal ilk vaxtlarda ən pis 10 ideyadan biri kimi seçildi və bu vəziyyət Elonun ciddi şəkildə investisiya itirməyinə gətirib çıxardı.

4) Paypal şirkətinin idarə heyətindən də qovuldu

2000-ci ildə balayı ilə birlikdə etdiyi iş səfərləri sırasında PayPayın idarə heyətindən qovuldu. İdarə heyətinin sədri vəzifəsi üstündə gedən rəqabətlə yanaşı şirkətin ayda 10 milyon dollar itirməsi isə birlikdə PayPaldan tamamilə uzaqlaşdırıldı.

5) Roket satın alma tələblərinin rədd edilməsi

Marsa siçan göndərmək və orada bitki yetişdirmək kimi məqsədlərlə kosmik işlərinə başlayan Elon Mask 2001-ci ildə Rusiyadan roket sifariş etdi. Ancaq bu fikrin mənasız olduğunu bildirən ruslar Maska roket satmadılar.

(adsgarden = window.adsgarden || []).push({});