Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub (FOTO/VİDEO)


Digərləri 23 Sen 2019 17:54:00 219 0

Bakıda “Qafqaz Qartalı - 2019” birgə təliminin açılış mərasimi olub (FOTO/VİDEO)

Üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb.

Bakı. Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb. Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək. Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin