Azərbaycan Beynəlxalq Bankından “Şirkətlərə anında dəstək” krediti


Digərləri 23 Sen 2019 17:27:00 289 0

Azərbaycan Beynəlxalq Bankından “Şirkətlərə anında dəstək” krediti

Müştərilərinin etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə yeni məhsulunu təqdim edib. Bankın hər bir korporativ müştərisi, o cümlədən kiçik və orta sahibkarlar anidən yaranan ehtiyacları üçün 100.000 manata qədər krediti Azərbaycan Beynəlxalq Bankından rahatlıqla əldə edə və ehtiyaclarını qarşıladıqdan sonra kredit borclarını tam, yaxud hissə-hissə ödəyə bilərlər. "Şirkətlərə anında dəstək" kreditinin əsas üstünlüyü müştərinin müraciətindən sonra çox qısa müddətdə rəsmiləşdirilməsidir. Bundan başqa, kreditin rəsmiləşdirilməsi prosedurları da sadədir.

Kreditor borclarının ödənilməsi, əmək haqqı ödənişlərinin həyata keçirilməsi, biznes fəaliyyətində gözlənilmədən ortaya çıxan xərclərin qarşılanması və s. bu kimi qısamüddətli öhdəliklərinin yerinə yetirilməsindən ötrü Bank sahibkarlara belə bir imkanı yaradır.

Kreditin özəllikləri:

•  Kreditin məbləği - 100.000 manatadək

•  Kreditin müddəti - 3 ayadək

•  İllik faiz dərəcəsi -  16%-dən başlayaraq