Deputat piyada keçidində piyadanı vurdu


Dünya 23 Sen 2019 16:34:00 307 0

Deputat piyada keçidində piyadanı vurdu

Rusiyanın Belqorod vilayət dumasının deputatı Oleq Mixaylov Qubkin şəhərində avtomobillə hərəkət edərkən piyada keçidində 13 yaşlı yeniyetməni vurub.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeniyetmə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidləri bildirib ki, deputat yüksək sürətlə hərəkət edirmiş. Araşdırma zamanı onun sərxoş olmadığı müəyyən edilib. Deputat özü xəsarət alan yeniyetməyə kömək göstərməyə hazır olduğunu bildirib.