ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər (FOTO)


Digərləri 23 Sen 2019 15:32:00 220 0

ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər (FOTO)

Aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.

Bakı. Buzovna çimərliyində keçirilən aksiya "ASAN xidmət", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) Trend-ə verilən məlumata görə, aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib. Yüzlərlə iştirakçının qoşulduğu builki tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir. ADRA da layihəyə dəstək olaraq açıq məkandakı reklam bilbordlarında aksiyaya dair sosial reklamların yayımını təşkil edib.