Xarici ekspert: Azərbaycanda ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur


Digərləri 23 Sen 2019 15:26:17 213 0

Xarici ekspert: Azərbaycanda ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur

Azərbaycanın milli statistikası göstərir ki, ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın milli statistikası göstərir ki, ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur. Hətta ali təhsili olan müəllimlər belə dərs dedikləri fənn üzrə çox az kompetensiyalara malikdirlər. Trend-in məlumatına görə, bunu Kolumbiya Universitetinin müəllimi, professor Amra Sabic-El-Rayess Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransın (IAEA 2019) iştirakçılarına müraciətində deyib. Onun sözlərinə görə, təhsil sektorunda da xarici dilin öyrədilməsinə xüsusi diqqət yönəldilməlidir: "Azərbaycanın üzləşdiyi digər və bəlkə də ən mühüm məsələ odur ki, universitetlər yalnız tədris mərkəzləridir, araşdırma mərkəzləri deyil. Universitetlərin tədqiqat institutlarına çevrilməsi təhsildə daha böyük struktur və mədəni keçidi tələb edəcək. Müsbət dəyişiklik üçün çox zaman güclü siyasi iradə lazım gəlir. Hökumətin resurs öhdəliyi və onun faktlara və tədqiqata əsaslanan yeni təcrübələr və siyasət ortaya qoyması qətiyyəti ölçülə bilən nəticələr verə bilər". Professor əlavə edib ki, Azərbaycan təhsilin testlə yoxlanılması sahəsində nəzərəçarpan addımlar atıb və digər ölkələr bundan nümunə götürə bilər: