“Arvadım binaya baxıb soruşurdu ki, bu nədir?”


Şou-biznes 23 Sen 2019 13:57:00 284 0

“Arvadım binaya baxıb soruşurdu ki, bu nədir?”

Müğənni Tacir Şahmalıoğlu həyat yoldaşı Kəmalə ilə bağlı hər kəsi təəccübləndirəcək açıqlama verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "Zaurla Günaydın" proqramında qonaq olarkən evləndiyi xanımın Bakıya gələrkən üzləşdiyi çətinliklərdən söhbət açıb:

"Mən bunu alıb Bakıya gətirəndə çox şeyi bilmirdi. Binaya baxıb soruşurdu ki, bu nədir? Deyirdim ki, binadır, içində adamlar yaşayır. Qardaş, indi mənə olduğu yeri telefonda konum atır ki, gəl. Bu qədər böyüyüb, mənim işim çətinləşib".

Verilişdə qonaq olan Kəmalə Tacirin sözlərinə belə reaksiya verib: "Sən 17 yaşında uşağı alıb gətirmişdin. Ona görə belə olmuşdu".