Renessans Palace “Mənim evim mənim Vətənimdir” adlı böyük konsert tədbiri ilə sakinlərini ətrafına yığdı (FOTO)


Digərləri 23 Sen 2019 13:30:00 201 0

Renessans Palace “Mənim evim mənim Vətənimdir”  adlı böyük konsert tədbiri ilə sakinlərini ətrafına yığdı (FOTO)

“Renessans Palace” Premium Yaşayış Kompleksi möhtəşəm “Mənim evim,… mənim Vətənimdir” tədbirlə sakinlərinin ixtiyarına verildi.

Bakı. “Renessans Palace” Premium Yaşayış Kompleksi möhtəşəm “Mənim evim,… mənim Vətənimdir” tədbirlə sakinlərinin ixtiyarına verildi. Kompleksin geniş həyətində keçirilən konsertdə Azərbaycanın ziyalıları, tanınmış memarları media və mədəniyyət simaları iştirak edərək “Renessans Palace”ın memari özəllikləri, şəhərə qatdığı əlavə gözəllik barədə öz müsbət fikirlərini bildiriblər. “Renessans Palace”ın müəllifi “AS Qrup”un təsisçisi Şahin Mövsümov çıxış edərək “Mənim evim, …mənim Vətənimdir”də qeyd olunan üç nöqtə altında nəzərdə tutulanların açıqlamasını vererek bildirib ki: “Mənim evim, küçələr, yollar, həyət, insanlar, parklar və s.-dən ibarət olan ətraf birlikdə mənim Vətənimndir. Və bunların daima qayğısına qalmaq hər bir vətəndaşın borcudur.” O, öz çıxışında qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevanın apardıqları uğurlu sosial siyasət nəticəsində Azərbaycan regionda hər bir sahədə lider pozisiyalardadır və sakinlərlə qonaqları bu siyasəti dəstəkləməyə çağırıb. Tədbirdə, həmçinin “AS Qrup” şirkətinin Tbilisi prospektində ilin sonunda inşa ediləcək Luks lahiyəsi təqdim olunaraq satışlara start verildiyi bildirilib. Layihə klub evi olaraq cəmi 55 mənzildən ibarət olacaq. “Renessans Palace”ın həyətində tədbirə özəl Azərbaycanın müxtəlif tarixi dövrlərini əks etdirən ekspozisiya və dekorasiyalar quraşdırılıb, “Mənim şəhərim” mövzusunda çəkilən rəsm əsərləri nümayiş etdirilib. Tədbirdə həmçinin peşəkar rəssam Nərminə Vəliyevanın rəsm əsərləri əsasında tikilən, Azərbaycanın tarixi abidələrini əks etdirən geyimlərdə müxtəlif yaşlarda uşaqların dəfiləsi də qonaqların xüsusi marağına səbəb olub. Bir neçə saat davam edən konsert möhtəşəm atəşfəşanlıqla tamamlanıb.