Avtobus qəzasında yaralanan şəxsin kimliyi bilindi - 82 yaşlı kişi reanimasiyadadır


Digərləri 23 Sen 2019 13:05:00 190 0

Avtobus qəzasında yaralanan şəxsin kimliyi bilindi - 82 yaşlı kişi reanimasiyadadır

Bir qədər əvvəl Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.

Bakı. Ceyhun Ələkbərov - Bir qədər əvvəl Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlum olub. Trend-in məlumatına görə, o, 1937-ci il təvəllüdlü Rəsulov Mürvət Sahibxan oğludur. Müxtəlif dərəcəli xəsarətlər alan şəxs, 1 saylı Kliniki Tibbi Mərkəzə çartdırılıb. Mərkəzdə Trend-ə verilən məlumata görə, 82 yaşlı kişi canaq və baldırın sınığı, qarının küt travması və aralığın cırılması diqanozu qoyulub. M.Rəsulov hazırda reanimasiya şöbəsində həkimlərin nəzarəti altındadır. Xatırladaq ki, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.