Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı (FOTO)


Digərləri 23 Sen 2019 12:33:00 225 0

Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı (FOTO)

Bir qədər əvvəl Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Bir qədər əvvəl Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.