Rasim Balayevlə Elməddin efirdə üzüzə gəldi


Şou-biznes 23 Sen 2019 11:27:00 257 0

Rasim Balayevlə Elməddin efirdə üzüzə gəldi

""Bəzi aktyorlar bir az komediyanı başqa şeylərlə səhv salırlar" demişdim"

"Bəzi aktyorlar bir az komediyanı başqa şeylərlə səhv salırlar" demişdim. Ad çəkməmişəm. Fərda, Müşviq də yaxşı uşaqlardı. Hiss olunur ki, istedadlıdırlar. Təəssüf ki, onlar üçün yaxşı ssenari yazan yoxdur.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Şən bazar" verilişində deyib. Aktyor müsahibə verərkən dediyi "Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar" sözlərinə aydınlıq gətirib:

"Gənc aktyorların yaxşı oynamağa imkanları, istedadları var. Sadəcə, onlara ssenari yazan yoxdur. Qalıblar belə, bilmirlər necə oynasınlar. Hərdən aktyorlar özlərindən sözlər də əlavə edirlər. Arzulayardım ki, yaxşı ssenari yazılsın və əsl komediya oynasınlar".

"Rasim Balayev bizim sənətkarımızdır. "Nəsimi", "Babək"lə böyümüşük. Ağsaqqalımızın sözü qanundur. Yanlışlarımız var: bəzən çəkilişdə, ssenaridə, özümüzdə problem olur. Zamanla bunları düzəldəcəyik", - verilişdə qonaq olan aktyor Elməddin Cəfərov münasibət bildirib.