"Təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər kəslə əməkdaşlıq etməyə hazırıq"
Digərləri 23 Sen 2019 10:51:00 52 0
Biz təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər bir kəslə əməkdaşlıq etməyə hazırıq və bunu səbirsizliklə gözləyirik.
Bu xəbəri də oxu: Steyk və burgerlər ömrü qısaldır, xərçəng yaradır –
Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Assoiation for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimində deyib.
Onun sözlərinə görə, bu konfrans Bakıda ilk dəfə 2007-ci ildə keçirilib: "Əvvəlki tədbirimizdən artıq 12 il keçib. Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində təhsilə təsirsiz ötüşməyib".
M.Abbaszadə əlavə edib ki, bu cür böyük dəyişikliklər, heç şübhəsiz təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır:
"Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır. Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür.
Keçmiş təcrübəyə və ötən il Oksfordda "Qiymətləndirmə və böyük verilənlər" mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmələr zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə - "Qiymətləndirmə və qərar qəbuletmə" kimi müəyyən etdik".
Azərbaycan Turizm Bürosu və ümumilikdə 400 milyon istifadəçisi olan “Ct

Salyan rayonu 20 Yanvar küçəsində yaşayan 67 yaşlı Gülzar Məmmədova ö

Xırdalan dairəsindən "Vaz" dairəsinə kimi üfüqi nişanlanma xətlərinin

Sentyabrın 28-də Azərbaycan Milli Xalça Muzeyində II Nəsimi – şeir, inc

Biz təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan h

Sentyabrın 23-də səhər saat 09:00-dan 18:00-dək "Gəncə-Qazax-Gürcü

Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində şahma

Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi

Türkiyənin tanınmış aktrisası Melike İpek Yalova ərə gedib.

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb

Xəbər verdiyimiz kimi türk aktyoru Kıvanç Tatlıtuğ vergidən qaçması id

Bakı Ali Neft Məktəbinin (BANM) dosenti və tələbələrinin yaratdığı "T

Sentyabrın 22-dən 27-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi
