DİQQƏT! Bu ərazilərdə rənglənmə işləri aparılacaq


Digərləri 23 Sen 2019 10:45:00 198 0

DİQQƏT! Bu ərazilərdə rənglənmə işləri aparılacaq

Xırdalan dairəsindən "Vaz" dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bakı. Samir Əli - Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən "Vaz" dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir. Agentlik bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.