Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir


Digərləri 23 Sen 2019 09:17:00 87 0

Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir

Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir.

Bakı. İlhamə İsabalayeva - Sentyabrın 22-dən 27-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransı (IAEA 2019) keçirilir. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir. Trend-in məlumatına görə, Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Ötən il konfrans İngiltərədə təşkil olunub. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub. IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur. Builki konfransın işində Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Sentyabrın 23-də "Fairmont Baku" otelində konfransın rəsmi açılış mərasimindən sonra tədbir bölmələr üzrə işini davam etdirəcək. Bölmələrin işi sessiyalara bölünür. Hər gün əsas məruzəçilərin çıxışından sonra sessiyalar fəaliyyətə başlayır və saat 17:30-dək davam edəcək. Sessiyalar qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları və strategiyaları, diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, sinif qiymətləndirməsi, dilin qiymətləndirilməsi, qiymətləndirmə sistemlərinin yoxlanılması, qiymətləndirmə islahatları, müəllim hazırlığı və qiymətləndirmə, ibtidai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və s. mövzuları əhatə edəcək. Xatırladaq ki, sentyabrın 22-də keçirilən konfrans öncəsi məşğələlər "XXI əsrin funksional savadlılığına uyğun olaraq təhsildə və qiymətləndirmədə dayanıqlı keçidə nail olmaq üçün təlimlərin təşkili", "Qiymətləndirmə ədalətlidirmi?", "İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi" mövzularına həsr olunacaq. Həmin məşğələlərdə Niderlandın Cito qiymətləndirmə təşkilatının təmsilçisi Niko Diteren, Kembric Qiymətləndirmə (Cambridge Assesment) departamentindən İsabel Nisbet, Stüart D.Şou, RCEC-in direktoru Arnold Brauer təqdimatlarla çıxış ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Çin Rusiya ilə ələqələri gücləndirmək niyyətindədir like
  • 23 Sen 09:11  
Dünya Çin Rusiya ilə ələqələri gücləndirmək niyyətindədir

Çin hökuməti bütün istiqamətlər üzrə Rusiya ilə strateji əməkdaşlı

arrow Ətraflı
Alitalia tətil edəcək like
  • 23 Sen 09:05  
Digərləri Alitalia tətil edəcək

İtaliyada uçuş cədvəli bazar ertəsi Alitalia işçilərinin tətillərinə

arrow Ətraflı
İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır like
  • 23 Sen 09:01  
Digərləri İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır

Sentyabrın 23-dən İranın Şərqi Azərbaycan vilayətinin bəzi orta məktə

arrow Ətraflı
AXCPnin troll şəbəkəsi: 16 WhatsApp, 7 Facebook qrupu like
  • 23 Sen 09:00  
Siyasət AXCPnin troll şəbəkəsi: 16 WhatsApp, 7 Facebook qrupu

"Əli Kərimlinin trolları", "Trol yığını"... Bu ifadə

arrow Ətraflı
Aİ husilərin addımını alqışlayır like
  • 23 Sen 08:59  
Dünya Aİ husilərin addımını alqışlayır

Avropa Birliyi, Yəmənin Ansarullah (husilər) üsyançı hərəkatının tər

arrow Ətraflı
"SoyuzFG" daşıyıcı raketi tarixində sonuncu uçüşun edəcək like
  • 23 Sen 08:52  
Digərləri "SoyuzFG" daşıyıcı raketi tarixində sonuncu uçüşun edəcək

Tarixdəki son "Soyuz-FG" daşıyıcı raketi bazar ertəsi səhər sa

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 23 Sen 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
MDB kəşfiyyat rəhbərləri Kazanda iclas keçirəcəklər like
  • 23 Sen 08:40  
Dünya MDB kəşfiyyat rəhbərləri Kazanda iclas keçirəcəklər

Bazar ertəsi Kazanda MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfi

arrow Ətraflı
Lavrov və Pompeo BMTnin qərargahında görüşəcəklər like
  • 23 Sen 08:33  
Dünya Lavrov və Pompeo BMTnin qərargahında görüşəcəklər

ABŞ dövlət katibi Maykl Pompeo ilə Rusiya xarici işlər naziri Sergey Lavro

arrow Ətraflı
Fransa Almaniya və İngiltərə İranın nüvə razılaşmasını müzakirə edəcək like
  • 23 Sen 08:26  
Dünya Fransa Almaniya və İngiltərə İranın nüvə razılaşmasını müzakirə edəcək

Fransa prezidenti Emmanuel Makron Nyu-Yorkdakı BMT-nın baş məclisinin iclas

arrow Ətraflı
Ziqmund Yen vəfat edib like
  • 23 Sen 08:19  
Digərləri Ziqmund Yen vəfat edib

Almaniyanın ilk kosmonavtı Ziqmund Yen 82 yaşında ölüb.

arrow Ətraflı