İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır


Digərləri 23 Sen 2019 09:01:47 258 0

İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır

Sentyabrın 23-dən İranın Şərqi Azərbaycan vilayətinin bəzi orta məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq.

Bakı. Elnur Bağışov - Bu gündən İranın Şərqi Azərbaycan vilayətinin bəzi orta məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq. Trend-in məlumatına görə, bunu İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib. C.Paşayinin sözlərinə görə, bu barədə vilayətin təhsil-təlim şurasında qərar verilib. Direktor əlavə edib ki, qərara əsasən Azərbaycan dilinin tədrisi pilot layihə çərçivəsində həftədə iki saat olacaq. İdarə rəsmisi artıq məktəblər və müəllimlərin sayının müəyyənləşdiyini deyib.