Lavrov və Pompeo BMT-nin qərargahında görüşəcəklər


Digərləri 23 Sen 2019 01:18:44 333 0

Lavrov və Pompeo BMT-nin qərargahında görüşəcəklər

ABŞ dövlət katibi Maykl Pompeo ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş gələn cümə günü üçün planlaşdırılır

Bakı. ABŞ dövlət katibi Maykl Pompeo ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş gələn cümə günü üçün planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə bazar günü ABŞ dövlət departamentinin yüksək səviyyəli nümayəndəsi BMT-nin Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Nyu-Yorkdakı Pompeo görüşləri ilə bağlı brifinq keçirərək açıqlayıb. O bildiribki: "Lavrovla görüş cümə günü saat 10:30-da BMT-nin qərargahında planlaşdırılıb. Görüşün gündəliyini daha sonra elan edəcəyini söyləyib".