İran saxlanılan "Stena Impero" tankerini tezliklə sərbəst buraxacaq


Dünya 22 Sen 2019 23:55:00 393 0

İran saxlanılan "Stena Impero" tankerini tezliklə sərbəst buraxacaq

Hörmüz Boğazında İyulun 19-da İran tərəfindən tutulan neft tankeri "Stena Impero" məhkəmənin qərarına əsasən yaxın vaxtlarda sərbəst buraxılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar günü Hormuzgan əyalətinin liman və sahil zolağı şöbəsinin müdiri Alla Murad Afifipur bildirib.

Onun sözlərinə görə, tankerin buraxılması barədə qərar artıq verilib, lakin məhkəmə hələ də davam edir.