ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcəklər


Digərləri 22 Sen 2019 23:10:10 307 0

ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcəklər

ABŞ və Hindistan bu ilin noyabr ayında ilk dəfə birgə hərbi təlimlər keçirəcəklər

Bakı, ABŞ və Hindistan bu ilin noyabr ayında ilk dəfə birgə hərbi təlimlər keçirəcəklər. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə Hyustonda Hindistan əsilli amerikalılar qarşısında çıxış edərkən söyləyib. O bildirib: “ABŞ-da Kosmik qüvvələri yaratdıq. Kosmik əməkdaşlığı inkişaf etdirmək üçün Hindistanla sıx əməkdaşlıq edirik. Noyabr ayında ABŞ və Hindistan hərbi sahədə əhəmiyyətli irəliləyişlər göstərəcək və ilk hərbi təlimlər keçirəcək.