Aktyorluq təhsili olmayan, uşaqlarla "varlanan" 85 yaşlı Sofi Loren... VİDEO


Digərləri 22 Sen 2019 19:10:00 270 0

Aktyorluq təhsili olmayan, uşaqlarla "varlanan" 85 yaşlı Sofi Loren...  VİDEO

Bu günlərdə milyonların sevimlisi, italyan aktrisası Sofi Lorenin 85 yaşı tamam oldu. O, karyerası boyu çoxu klassikaya çevrilmiş yüzdən artıq filmdə rol alıb. Üstəlik, Loren səksən filmdə özünü canlandırıb - bu, qadının kinematoqrafiya ikonu kimi qəbul edilməsinə sübut deyilmi? Artistin həyatı isə ictimai tədbirlərsiz ötüşmür, harada ki, onlar jurnalistlərlə rastlaşır. Məhz elə onların materiallarından biz Sofinin əsas deyimlərini toplamışıq.

Son.az qafqazinfo-ya istinadən Sofi Lorenin ayrı-ayrı müsahibələrində səsləndirdiyi fikirlərini təqdim edir:

Uşaqlarla "varlanan" insan

"Mənim ailəm daim kasıb yaşayıb, amma bizim bir yerə toplaşmağımız, o birlik hissi mənə özümü varlı hiss etməyə imkan verirdi", - Loren amerikalı jurnalistin sualına cavab verir. Qadın uzun müddət övlad dünyaya gətirə bilmirdi - iki hamiləlik uşaq düşməsi ilə nəticələnirdi. Ancaq çox illər sonra Sofinin iki gözəl oğlu dünyaya gəldi. "Mənim üçün əsl var-dövlət - səni əhatə edən möhkəm, belə demək olarsa, beton ailəyə sahib olmaqdır. Bunu uşaqlarıma da öyrətməyə çalışıram. Ailə - bizim balaca şəxsi dünyamızdır", - aktrisa fikrini yekunlaşdırır.

Kinoda ilk debütü

Gənclik illərində qız ailəsi ilə Romada yaşayırdı. Maddi vəsait sadə ehtiyacların ödənilməsinə belə yetmirdi. O, stasionar telefondan zəng etmək üçün o vaxt artıq məşhur olan "Çiniçetta" kinostudiyasına gedirdi, harada ki, bunu ödənişsiz etmək olardı. Günlərin bir günü Sofi oraya anası ilə bərabər "Quo Vadis" filmi üçün dublyaj aktyor və aktrisaların axtarılması elanı ilə bağlı getdi. Onun məqsədi bir az pul qazanmaq idi. Amerikalı rejissor Mervin Leroy qızı bütün camaatın içindən seçib əlinin işarəsi ilə yanına çağırdı. Sofi Lorenin ingilis dilində bir söz belə başa düşməməsi səbəbindən, anası olan istənilən suala "Yes" ("Bəli") deyərək cavab verməsini tapşırmışdı. Yalnız yarım saat danışdıqdan sonra Leroy Lorenin dili bilmədiyini başa düşdü. Rolu ifa etmək üçün ingilis dilini bilmək lazım olsa da, Sofini istisna kimi çəkilişlərə götürdülər...

ABŞ, yoxsa İtaliya?

(adsgarden = window.adsgarden || []).push({});