Gənc tamaşaçı: Bakıda tribunalarda atmosfer möhtəşəmdir


Digərləri 22 Sen 2019 16:08:43 259 1

Gənc tamaşaçı: Bakıda tribunalarda atmosfer möhtəşəmdir

Müxtəlif ölkələrdən Bakıya yarışlara gələn gimnastların çıxışlarını izləmək mənim üçün maraqlıdır

Bakı. Cani Babayeva - Müxtəlif ölkələrdən Bakıya yarışlara gələn gimnastların çıxışlarını izləmək mənim üçün maraqlıdır. Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci Dünya Çempionatını izləmək üçün Dubaydan gələn tamaşaçı Mikaela Neskorodova deyib. M.Neskorodova bildirib: "Mən Bakıya Dubaydan gəlmişəm, orada mən "Deryuginlər Məktəbinin" filialında bədii gimnastika ilə məşğul oluram. Tanınmış gimnastların çıxışları məni bu idman növü ilə məşğul olmağa ruhlandırır. Dünya Çempionatında mən Ukrayna millisinə azarkeşlik edirəm, gimnastlara uğurlar arzu edirəm. Bakıda Gimnastika Arenası gözəldir, böyükdür və işıqlıdır. Yarışlara baxmağa çox sayda tamaşaçı gəlib, tribunalarda atmosfer möhtəşəmdir". Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.