Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb


Digərləri 22 Sen 2019 15:36:49 245 0

Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb

Yaponiya komandası 5 topla qrup hərəkətlərində 29.550 xalla 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının qızıl medalını qazanıb

Bakı. Cani Babayeva - Yaponiya komandası 5 topla qrup hərəkətlərində 29.550 xalla 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının qızıl medalını qazanıb. Trend-in məlumatına görə, gümüş medalı Bolqarıstan komandası (29.350 xal), bürünc medalı isə Rusiya komandası (28.150 xal) qazanıblar. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.