İlin sonuna qədər problemli kreditlərlə bağlı şad xəbər olacaq


Digərləri 22 Sen 2019 10:46:00 340 0

İlin sonuna qədər problemli kreditlərlə bağlı şad xəbər olacaq

Uzun illərdir Azərbaycanda mövcud olan problemli kreditlərlə bağlı ilk addım bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın imzalanması ilə atıldı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının iyunda açıqladığı məlumata görə, 31 may 2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edir:

"Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.) kompensasiyaların alınması üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların 20,5 minə yaxını lisenziyası ləğv edilmiş bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını isə fəaliyyətdə olan bankların payına düşür. Həmin vətəndaşlar 31.05.2019-cu il tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər. Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək".

Fərmanın icrası bu il dekabrın 31-dək tam yekunlaşdırılmalıdır. Maraqlıdır, indiyədək ödənilmiş kompensasiyalar hesabına problemli kreditlərin həcmi nə qədər azalıb?

"10 min dollardan çox borclar da həll oluna bilər"

Son.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov modern.az-a bildirib ki, növbəti aylarda problemli kreditlərlə bağlı yeni mexanizmlərin tətbiqi gözlənilir: "Problemli kreditlərinin həllilə bağlı güzəştlərin verilməsi olduqca vacib idi. Güman edirik ki, bu, həm bank sektoruna, həm də vətəndaşların sosial həyatına müsbət təsir göstərib. Palata tərəfindən kompensasiya haqqı olan vətəndaşların siyahısı açıqlanıb, onlara ayrılan ödənişlər həyata keçirilib. Amma bütövlükdə fərmanın icrası 2019-cu dekabrın 31-dək davam edəcək.

Problemli kreditlərlə bağlı oktyabr, noyabr və dekabr aylarında yeni mexanizmlərin tətbiq edilməsi mümkündür. Proses başlanan zaman bir sıra təkliflərimizi hökumətə təqdim etmişik. Bunlardan birincisi, zaminlərlə bağlıdır. Çünki bəzi hallarda kredit götürən şəxs borcu özü ödəməyib, əvəzində zamin ödəyib. Amma kompensasiya zaminə deyil, kredit götürən şəxsə verilib. Öhdəliyi yerinə yetirən zaminlər hansı ki, kreditləri qaytarıblar, onlar kompensasiyadan yararlana bilməyiblər. Biz təklif etdik ki, zaminlərə məhkəməyə müraciət etmək hüququ verilsin. Amma təəssüf ki, bu təklif qəbul olunmadı.

Digər təklifimiz, 10 min dollardan artıq olan kreditlərin differensial olaraq, ilk 10 mininə güzəştin verilməsilə bağlıdır. Proses başlanan zaman təklifi hökumətə təqdim etmişik. Nəzərə alsaq ki, problemli kreditlərlə bağlı fərmanın icrası 2019-cu ilin sonunda başa çatacaq, bu təklifin qəbuluna ümid edirik. Ona görə də hüquqi baxımdan fərmana dəyişikliklər edilməsi, kreditlərin 10 min dollaradək hissəsinə differensial olaraq güzəştin verilməsi mümkündür. Ümid edək ki, ilin sonuna doğru bu istiqamətdə addımlar atılacaq. Çünki 10 min 1 dolları olan vətəndaş bu güzəştlərdən istifadə edə bilmədi. Bizi fiziki şəxslərin borclarının 10 min dollaradək olan hissəsinə güzəştin verilməsini təklif edirik və düşünürük ki, bunun qəbulu ədalətli olar. Zaminlərlə bağlı təklifin qəbulu artıq mümkün deyil, çünki kompensasiya ödənişləri edilib. Güman edirik ki, digər təklifimizin qəbulu mümkündür. Və 10 min dollardan çox borcu olan vətəndaşlarımızın da məsələsi həll ediləcək".

Əhəmiyyətli azalma niyə yoxdur...

Ekspert qeyd edib ki, Fərmanın icrasından sonra problemli kreditlərin həcmi hiss olunacaq dərəcədə azalmayıb: