Türkiyədə avtomobil qəzasında 10-dan çox insan yaralanıb


Digərləri 22 Sen 2019 07:35:00 239 0

Türkiyədə avtomobil qəzasında 10-dan çox insan yaralanıb

Türkiyənin Ərzurum vilayətində yüngül ticarət markalı minik avtomobili ilə toqquşub

Bakı. Türkiyənin Ərzurum vilayətində yüngül kommersiya avtomobili digər avtomobillə toqquşub. Trend-in məlumatına görə, digər avtomobilləri keçməyə çalışan yüngül kommersiya avtomobili əks istiqamətdə hərəkət edən bir avtomobil ilə toqquşub. Bundan sonra başqa bir avtomobil arxadan kommersiya avtomobilinə çırpılıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.