Allaha gözəl borc vermək


Digərləri 21 Sen 2019 20:55:00 270 0

Allaha gözəl borc vermək

Allah Təala siddiqlərdən birinə vəhy edir ki, Mənim elə bəndələrim vardır ki, onları sevirəm. Onlar da Məni sevir. Siddiq bu bəndələrin nişanələrini soruşan zaman Allah buyurur: "Bu bəndələr gündüz kölgəni izləyərək gecə edər və o zaman ki, kölgə tamam olar və günəş batar, quşlar kimi yuvalarına gedərlər. Allahla raz və niyaz etdikləri yerlərinə tələsərlər". (Tebyan)

Bu hədisdən görmək olur ki, qədimdə yaşayan insanlar da gecə ibadətinə xüsusi diqqət verir və onun fəzilətindən agah idilər.

Allah Quranda buyurur: "Ey libasına bürünmüş. Gecə - az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt; Yaxud yarıya artır (onun üçdə ikisini), Qur'anı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!". ("Muzzəmmil" 1-4).

"Elə isə (gecələr) Qur'andan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır". ("Muzzəmmil" 20).

Maraqlısı budur ki, buyurur ki, sən tək deyilsən ki, bu ibadəti edirsən. Sənə iman gətirmişlərin çoxları belə edirlər.

Sonra buyurur: "Onlar gecənin az bir hissəsini yatırdılar. Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər". ("Zariyat" 17-18).

Əlbəttə, gündüz qılınan vacib namazıların da fəziləti böyükdür, ancaq onlar gecə ibadəti yanında rəngsiz qalırlar.

Bəs niyə bu qədər gecə ibadəti yerinə yetirmək üçün tövsiyələr edilir? Gecə ibadətinin hansı xüsusiyyəti vardır ki?

Həzrət Peyğəmbər (s) sünnəti belə idi ki, gecə ibadəti üçün üç dəfə qalxardı. Bir dəfə qalxar və dörd rükət namaz qılardı. Sonra bir qədər istirahət edib, yenə dörd rükət namaz qılardı. Yenə istirahət edib və iki rükət şəf və bir rükət vitr namazını qılardı.

Həzrət Peyğəmbərin (s) bəzi səhabələri də belə edərdilər. İmam Sadiq (ə) buyurur: "Məgər hər aşiq sevmir ki, məşuqu ilə xəlvət etsin?".

(adsgarden = window.adsgarden || []).push({});