Abşeronda qəzaya düşən avtomobil yanıb FOTO


Digərləri 21 Sen 2019 20:33:00 237 0

Abşeronda qəzaya düşən avtomobil yanıb  FOTO

Masazır qəsəbəsində 2 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, duz gölünün yaxınlığında yüksək sürətlə hərəkətdə "Mercedes" və "Opel" markalı avtomobillər toqquşub. Zərbənin gücündən "Opel" bir neçə metr aralı gedərək torpaq yola düşərək dayanıb. Daha sonra yanmağa başlayıb. Hadisə zamanı xəsarət alan olmayıb, "Opel" isə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Əraziyə FHN-in Abşeron Rayonu üzrə Yanğından Mühafizə Xidmətinin 2 texnikası və canlı qüvvəsi cəlb edilib. Alovların ətraf ərazilərə keçməsinin qarşısı alınıb.